Logotype

Əsas mexanizmlər.


  Bank Azərbaycan Milli bankının lisenziyasının verdiyi bank xidmətləri göstərir. Bu xidmətlərin bəziləri genişləndiriləcək və yeni formalarda tətbiq ediləcək.
  İslam bank işinin əsas məqsədi iqtisadi münasibətlərdən sələmin, faizin birmənalı olaraq silinməsindən və maliyyə-kredit sisteminin təmin olunmasından ibarətdir. Ona görə də bank öz xidmətləri sırasında ənənəvi islam bank məhsullarına üstünlük verməkdədir.
  İslam bank fəaliyyətində əsas götürülən mudaraba prinsipi üçün bu və ya digər işin görülməsi və ya layihənin hazırlanması üçün (bir tərəfdən pul qoyulur, digər tərəfdən əmək) ideyanın, fəaliyyətin birləşməsi, ortaq bir işin və ya ticarətin aparılması mümkünləşir. Bank və onun partnyoru müştərək razılaşma yolu ilə hər hansı layihəni, mənfəət və ziyanın bölgüsünü əvvəlcədən gəldikləri sövdələşməyə uyğun olaraq həyata keçirirlər. Mudaraba islam bank işində ən çox tətbiq edilən prinsipdir.
 İslam bank işinin ikinci mühüm prinsipi, qeyd olunduğu kimi muşərəkədir. Muşərəkə iki tərəfin ortaqlığa girməsi deməkdir. Eyni yekcins maliyyə qurumunun iştirakı ilə sərmayələrin həcminin eyni və fərqli həcmi ilə ortaqlığı əks etdirən «şirkəti inan»lar yaradılır.  Bundan əlavə, muşərəkə prinsipində hər hansı layihənin həyata keçirilməsində partnyorla bankın əməkdaşlığa girməsi nəzərdə tutulur. Hər iki tərəf payçı kimi iştirak edir. Lakin belə şəraitdə partnyor bankın malını tədricən satın almaq imkanına malik olur. Mənfəətdən pay qoyulmuş sərmayəyə görə deyil, ümumi faydaya görə bağlanmış sazişə əsasən götürülür. Murabaha prinsipində klassik islam hüquqi anlayışdır. O, əsasən satın alınan bir şeyin üzərinə iş görməyi əlavə etməklə, bir başqasına satılmasını ifadə edir.
  İslam bank sistemində əməliyyatların aparıl¬ması zamanı yalnız verilən borclara görə çox aşağı hədlərinin inzibati xidmət haqqı tutulur.
  Adı çəkilən prinsiplərin ölkə iqtisadiyyatının real sektorunda davamlı olaraq investisiya layihələrinin maliyyələşməsini nəzərdə tutur ki, bu da vəsaitlərin uzun müddətə etibarlı şəkildə yerləşdirməyə imkan verir və müştərilərin bank əməliyyatlarının həcmini artırır. Eyni fikirləri islam prinsiplərinə əsaslanaraq istehlak mallarının maliyyə lizinqi vasitəsi ilə əhali tərəfindən əldə edilməsi istiqamətinə də şamil etmək olar.

Valüta məzənnələri

08.05.2013
 AMBALIŞSATIŞ
USD0.78450.7830.788
EUR1.02691.021.028
GBP1.21441.2131.218
RUR0.02520.02510.0258

Hava durumu

Hazırda: 12 °C
Külək:

The Weather Channel