Logotype

Kassa-hesabat xidməti

  Kövsər Bank fiziki şəxslərə hesablaşma-kassa əməliyyatları üzrə kompleks xidmətlər və əlavə imkanlar təklif edir.
  Cari / tələbli hesabların manat, ABŞ dolları, avro və başqa valyutada açılması
  Pul vəsaitlərinin hesaba nağd və nağdsız formada mədaxili
  Azərbaycan daxilində və xaricə bank köçürmələrinin həyata keçirilməsi
  Hesabdan nağd vəsaitin verilməsi
  Hesab və əməliyyatlar üzrə arayış və çıxarışların, ödəmə sənədlərinin surətinin verilməsi
  Valyutanın alışı və satışı üzrə multivalyutalı konvertasiya əməliyyatlarının həyata keçirilməsi
  Bank əməliyyatlarının keçirilməsi üzrə məsləhətlərin verilməsi.
  Kövsər Bank eyni zamanda fiziki və hüquqi şəxslərə aşağıdakı geniş ceçiddə bank xidmətləri göstərir :

• Müxbir hesablarla xidmət ;
• Plastik kartlarla əməliyyatlar ;
• Korporativ müştərilərlə sənədli akkredetiv əməliyyatları ;
• Zəmanət, depozit əməliyyatları ;
• Qiymətli kağızlarla əməliyyatları ;
• Poçt , telekomunikasiya xidmətləri ;
• İnvestisiya əməliyyatları ;

Kommunal xidmətlərin ödənilməsi.

  Kövsər Bankda Siz aşağıdakı kommunal xidmətlər üçün ödənişləri həyata keçirə bilərsiniz:

• Su
• Qaz
• Elektrik enerjisi


AZERCELL VƏ BAKCELL, CATEL və NARMOBİLE  xidmətlərinin ödənilməsi.

  Kövsər Bank müştərilərə Azercell və Bakcell,Catel və Narmobile - mobil rabitə operatorlarının xidmətlərini ödəmək imkanı təklif edir.

Fiziki şəxslər üçün cari / tələbli hesabının açılması qaydası:

  Cari / tələbli hesabının açılması üçün müştəri şəxsiyyət vəsiqəsi ilə Banka gəlməlidir. Bankda hesabın açılması haqqında ərizə formasını doldurulur və imza nümunələri rəsmiləşdirilir.

  Sahibkarlıqla məşğul olmaq hüququna malik olan fiziki şəxslər həmçinin aşağıdakı sənədləri Banka təqdim etməlidirlər:
Vergilər Nazirliyindən şəhadətnamə-dublikat (hər hesab növü üçün 1 nümunə)

  Hesablaşma-kassa xidmətləri Bank və Müştəri arasında imzalanmış müqaviləyə əsasən və müəyyən edilmiş tariflərə uyğun həyata keçirilir.

Hüquqi şəxslər üçün cari hesabın açılması qaydası:

  Cari hesabın açılması üçün hesabın açılması haqqında ərizə formasını (hər hesab növü üzrə 1 nümunə) doldurmaq, həmçinin aşağıdakı sənədləri Banka təqdim etmək lazımdır:
  Vergilər Nazirliyində (1 yanvar 2008-ci il tarixinədək Ədliyyə Nazirliyində) qeydiyyatdan keçmiş Nizamnamə (notarial qaydada təsdiq edilmiş surəti)
  Vergilər Nazirliyindən (1 yanvar 2008-ci il tarixinədək Ədliyyə Nazirliyindən) Dövlət Qeydiyyatı haqqında Şəhadətnamə (notarial qaydada təsdiq edilmiş surəti)
  Vergilər Nazirliyi (1 yanvar 2008-ci il tarixinədək Ədliyyə Nazirliyi) tərəfindən verilmiş Hüquqi Şəxslərin Dövlət Reyestrindən çıxarış (notarial qaydada təsdiq edilmiş surəti)
  Vergilər Nazirliyindən şəhadətnamə-dublikat (hər hesab növü üçün 1 nümunə)
  Müəssisənin rəhbərinin və baş mühasibinin şəxsiyyətini təsdiq edən sənədlər
  İmza və möhür nümunələri olan vərəqə (notarial qaydada təsdiq edilmiş)

Xarici şirkətlər


AR-nın rezidenti olmayan hüquqi şəxslər və sahibkarlar bank hesabı açarkən aşağıdakı sənədləri təqdim etməlidirlər:
Hesabın açılması üçün ərizə,
Qeyri - rezidentin nümayəndəliyinin və ya filialının Ədliyyə Nazirliyində Dövlət Qeydiyyatına alınması haqqında şəhadətnamənin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti,
Nizamnamənin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti,
Hesab üzrə əməliyyat aparmaq hüquqi olan şəxslərin imzası və müəssisənin möhürü ilə təstiq edilmiş imza nümunələri (notarial qaydada təsdiq edilməklə 2 ədəd) və bu şəxslərin şəxsiyyətini təstiq edən sənədlər (Şəxsiyyət vəsiqəsi),
Sosial Müdafiə Fondunda uçota alınması barədə Şəhadətnamə - dublikat,
Vergi orqanı tərəfindən hesab açmaq üçün verilmiş Şəhadətnamə - dublikat (hər bir hesabın açılması üçün ayrıca Şəhadətnamə - dublikat tələb olunur),
Statistika orqanlarında uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında şəhadətnamənin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti.

“Kövsər Bank” da tətbiq edilən xidmət və əməliyyat tarifləri. 

Valüta məzənnələri

18.08.2014
 AMBALIŞSATIŞ
USD0.78420.7790.786
EUR1.05051.0441.055
GBP1.3121.31.323
RUR0.02170.02110.0219

Hava durumu

Hazırda: 18 °C
Külək: Şimal

The Weather Channel